Elektromobil şarj kabellərinin oğurluğu yeni müdafiə biznesi yaradıb
Avropada elektromobil şarj kabellərinin oğurlanması operatorlar üçün əlavə təmir xərcləri və xidmət fasilələri yaradır.
1business.media Tech.eu-ya istinadən xəbər verir ki, Britaniyanın “Formula Space” şirkəti bu problemə qarşı “CableGuard V4” qoruyucu həllini təqdim edib.
Kabelin üzərinə yerləşdirilən örtük onun kəsilməsini çətinləşdirməyə və oğurluq üçün tələb olunan vaxtı artırmağa hesablanıb.
Şirkətin bildirdiyinə görə, həll mövcud şarj qurğularına təxminən 20 dəqiqəyə quraşdırıla bilir.
Texnologiyanın məqsədi kabellərin oğurlanmasını qeyri-mümkün etmək deyil, hücumu çətinləşdirərək operatorların zərərini və dayanma riskini azaltmaqdır.
