Almaniyanın “NOVUS” şirkəti “468 Capital”ın rəhbərlik etdiyi investisiya raundunu tamamlayıb.
1business.media Tech.eu-ya istinadən xəbər verir ki, şirkət şəhərdaxili səfərlər üçün yüngül elektrikli ikitəkərli nəqliyyat vasitələri hazırlayır.
“NOVUS” ilk məhsullarını 2026-cı ilin yazında Avropa müştərilərinə çatdırmağa başlayıb. Yeni maliyyələşmə şirkətin inkişafını və ABŞ bazarına genişlənmə istiqamətini dəstəkləyəcək. Raundun dəqiq məbləği açıqlanmayıb.
