Sığortaçılar (ASA) - 1Business.media – Son Xəbərlər, Azərbaycanda və Dünyada Ən Aktual Hadisələr

Azərbaycanda mülki məsuliyyət sığortası üzrə ödənişlər 218,6 faiz artıb
Azərbaycanda mülki məsuliyyət sığortası üzrə ödənişlər 218,6 faiz artıb

Azərbaycanda mülki məsuliyyət sığortası üzrə ödənişlərin həcmi bu ilin ilk doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 223 min manat artıb.

1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında bu sığorta növü üzrə 325 min manat ödəniş həyata keçirilib.

2025-ci ilin eyni dövründə ödənişlərin həcmi 102 min manat təşkil edib. Beləliklə, illik artım 223 min manat və ya 218,6 faiz olub.

Hesabat dövründə mülki məsuliyyət sığortası üzrə toplanan sığorta haqları da yüksəlib. Belə ki, 2026-cı ilin ilk doqquz ayında 24 milyon 223 min manat sığorta haqqı toplanıb. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 929 min manat və ya 8,7 faiz çoxdur.

2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 22 milyon 294 min manat olub.

Statistikaya əsasən, 2026-cı ildə toplanan hər 100 manat sığorta haqqına 1,34 manat ödəniş düşüb. Ötən ilin eyni dövründə isə bu məbləğ 0,46 manat olub.

Beləliklə, mülki məsuliyyət sığortası üzrə həm sığorta haqlarında, həm də ödənişlərdə artım qeydə alınıb.

Qarabağda işəgötürənlərin sosial sığorta ödənişlərinin 80 faizini dövlət qarşılayır
Qarabağda işəgötürənlərin sosial sığorta ödənişlərinin 80 faizini dövlət qarşılayır

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün sosial sığorta güzəştləri davam edir. 2026-cı ildən etibarən işəgötürənlərin ödədiyi məcburi dövlət sosial sığorta haqlarının 80 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılır.

1business.media xəbər verir ki, güzəşt Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən qeyri-dövlət sektoru işəgötürənlərinə şamil olunur.

Məlumata görə, subsidiyalaşdırma mexanizmi mərhələli şəkildə tətbiq edilir:

- 2023–2025-ci illər: sosial sığorta ödənişlərinin 100 faizi;

- 2026–2028-ci illər: 80 faizi;

- 2029–2030-cu illər: 60 faizi;

- 2031–2032-ci illər: 40 faizi dövlət tərəfindən qarşılanacaq.

Muzdlu əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərin müəyyən kateqoriyaları üzrə sosial sığorta haqlarının 10 il müddətində 100 faiz subsidiyalaşdırılması da nəzərdə tutulub.

Bu güzəştlər sahibkarların əmək xərclərinin azaldılmasına, yeni müəssisələrin yaradılmasına və işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına yönəlib.

Subsidiyalar bütün işəgötürənlərə şamil edilmir. Qanunvericilikdə dövlət sektoru, neft-qaz, maliyyə və bəzi digər fəaliyyət sahələri üzrə istisnalar müəyyən edilib.

Azərbaycanda həyat sığortası üzrə yığımlar 25 milyon manatdan çox azalıb
Azərbaycanda həyat sığortası üzrə yığımlar 25 milyon manatdan çox azalıb

Azərbaycanda icbari həyat sığortası üzrə toplanan sığorta haqlarında ciddi azalma qeydə alınıb. 2026-cı ilin ilk 9 ayında bu sahə üzrə yığımlar ötən ilin eyni dövrü ilə müqayisədə 25 milyon manatdan çox geriləyib.

1businesss.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, hesabat dövründə icbari həyat sığortası üzrə 46 milyon 731 min manat sığorta haqqı toplanıb. Ötən ilin eyni dövründə bu göstərici 71 milyon 811 min manat olub.

İllik müqayisədə sığorta haqları 25 milyon 80 min manat və ya 34,9 faiz azalıb.

Sığorta ödənişlərində də geriləmə müşahidə olunub. 2026-cı ilin yanvar-sentyabr aylarında müştərilərə 3 milyon 102 min manat ödəniş edilib. Ötən ilin eyni dövründə bu məbləğ 4 milyon 232 min manat təşkil edib.

Ödənişlərin həcmi bir il ərzində 1 milyon 130 min manat və ya 26,7 faiz azalıb.

Beləliklə, icbari həyat sığortası bazarında həm yığımlar, həm də sığorta ödənişləri üzrə azalma qeydə alınıb.

Sığorta şirkətlərinin investisiya gəlirləri 100 milyon manatı ötüb – RENKİNQ
Sığorta şirkətlərinin investisiya gəlirləri 100 milyon manatı ötüb – RENKİNQ

Azərbaycanda fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətlərinin investisiyalardan əldə etdiyi gəlirlər artıb. 2026-cı ilin ilk doqquz ayında 15 şirkətin faiz və dividendlərdən qazancı 100,22 milyon manata çatıb.

1business.media xəbər verir ki, bu barədə Banker.az-ın araşdırmasında bildirilir.

Ötən ilin eyni dövründə sığorta şirkətlərinin bu mənbələrdən əldə etdiyi gəlir 88,93 milyon manat olub. Beləliklə, bir il ərzində gəlirlər 12,7 faiz və ya 11,29 milyon manat artıb.

İnvestisiya gəlirlərinə görə şirkətlərin reytinqində ilk üçlük belə formalaşıb:

1. PAŞA Həyat Sığorta – 39,7 milyon manat. Şirkətin gəlirləri illik müqayisədə 4,3 faiz artıb. Bazar payı 39,6 faizdir.

2. PAŞA Sığorta – 19,35 milyon manat. Gəlirlər 12,5 faiz yüksəlib. Bazar payı 19,3 faiz təşkil edib.

3. AzRe Təkrarsığorta – 9,09 milyon manat. Şirkətin investisiya gəlirləri 4,6 faiz artıb. Bazar payı 9,1 faizdir.

Araşdırmada 15 sığorta və təkrarsığorta şirkətinin göstəriciləri əhatə olunub. Reytinq yalnız faiz və dividend gəlirləri əsasında hazırlanıb.

Bu göstəricilər sığorta şirkətlərinin investisiya fəaliyyətindən əldə etdiyi gəlirlərin artdığını göstərir.

“PAŞA Sığorta” üç avtomobil hadisəsi üzrə 148 min manatdan çox ödəniş edib
“PAŞA Sığorta” üç avtomobil hadisəsi üzrə 148 min manatdan çox ödəniş edib

“PAŞA Sığorta” sentyabr ayında KASKO sığortası üzrə üç hadisəyə görə müştərilərinə ümumilikdə 148 587 manat ödəniş edib.

1business.media xəbər verir ki, hadisələrdən birində güclü yağışdan sonra yaranan su gölməçəsindən keçən avtomobilin mühərrik hissəsi zədələnib. Təmir xərclərinin qarşılanması üçün 61 213 manat ödənilib.

Digər hadisədə avtomobil qəza nəticəsində tam yararsız vəziyyətə düşüb. Sığorta şirkəti nəqliyyat vasitəsinin tam itkisinə görə 54 900 manat kompensasiya verib.

Üçüncü hadisə zamanı isə avtomobilə yol-nəqliyyat qəzası nəticəsində zərər dəyib. Təmir işləri başa çatdıqdan sonra nəqliyyat vasitəsi sahibinə qaytarılıb. Bu hadisə üzrə 32 474 manat ödəniş həyata keçirilib.

Beləliklə, üç hadisə üzrə ödənişlərin ümumi məbləği 148 587 manat təşkil edib.

Azərbaycanın sığorta sektorunun tanınmış simalarından biri vəfat edib
Azərbaycanın sığorta sektorunun tanınmış simalarından biri vəfat edib

1business.media xəbər verir ki, “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyəti sədrinin müşaviri Azər Məcid oğlu Cəfərov vəfat edib.

O, 3 noyabr 2026-cı il tarixində dünyasını dəyişib.

Azər Cəfərov uzun illər Azərbaycan sığorta nəzarəti sahəsində rəhbər vəzifələrdə çalışıb. O, ölkənin sığorta sisteminin inkişafına və sığorta sektorunun formalaşmasına mühüm töhfələr verib.

Azər Cəfərovun vəfatı ilə əlaqədar “Atəşgah” Sığorta Şirkəti mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

İşsizlikdən Sığorta Fondunun büdcəsi 319 milyon manatı ötəcək
İşsizlikdən Sığorta Fondunun büdcəsi 319 milyon manatı ötəcək
Azərbaycanda İşsizlikdən Sığorta Fondunun 2027-ci il üzrə xərclərinin 319,2 milyon manat olacağı proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 19,8 faiz çoxdur.

1business.media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlayıb.

Büdcə layihəsinə əsasən, Fondun gələnilki xərclərinin 268,9 milyon manatının onun gəlirləri hesabına qarşılanması nəzərdə tutulur. Bu məbləğ cari illə müqayisədə 12,8 faiz çoxdur.

Qalan 50,3 milyon manatın isə Fondun 2026-cı ilin sonuna istifadə olunmamış vəsaitləri hesabına maliyyələşdirilməsi planlaşdırılır. Bu mənbə üzrə vəsaitin 79 faiz artacağı gözlənilir.

Qeyd edək ki, İşsizlikdən Sığorta Fondu işsiz şəxslərin sosial müdafiəsi, məşğulluq tədbirlərinin maliyyələşdirilməsi və işsizliyin azaldılmasına yönələn proqramların həyata keçirilməsi üçün yaradılıb.

Atəşgahdan KASKO üzrə 31 565 manatlıq ödəniş
Atəşgahdan KASKO üzrə 31 565 manatlıq ödəniş

1business.media xəbər verir ki, “Atəşgah” Sığorta Şirkəti KASKO sığortası üzrə 31 565 manat məbləğində ödəniş edib.

Ödəniş “Mitsubishi Pajero Sport” markalı avtomobilə dəymiş zərərin qarşılanması üçün həyata keçirilib.

Hadisə Saatlı rayonunda baş verib. Yol-nəqliyyat hadisəsi zamanı avtomobilin sürücüsü idarəetməni itirərək maneə ilə toqquşub. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Dəymiş zərərin məbləği şirkətin Texniki Ekspertiza şöbəsinin apardığı qiymətləndirmə əsasında müəyyənləşdirilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq sığortalıya 31 565 manat ödənilib.

“Atəşgah” Sığorta Şirkəti 30 illik fəaliyyət tarixçəsinə malikdir və KASKO üzrə irihəcmli ödənişlər həyata keçirir.

Azərbaycanda ən böyük aktivlərə sahib sığorta şirkətləri açıqlanıb
Azərbaycanda ən böyük aktivlərə sahib sığorta şirkətləri açıqlanıb

1business.media xəbər verir ki, 2026-cı ilin III rübünün sonunda Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında ən böyük aktiv həcmi “PAŞA Həyat Sığorta”da qeydə alınıb.

Şirkətin aktivləri 769,5 milyon manat təşkil edib.

İkinci sırada 539,9 milyon manat aktivlə “PAŞA Sığorta”, üçüncü yerdə isə 238,8 milyon manatla “AzRe Təkrarsığorta” qərarlaşıb.

2025-ci ilin eyni dövrü ilə müqayisədə “PAŞA Həyat Sığorta”nın aktivləri 825,7 milyon manatdan 769,5 milyon manata, “Atəşgah Həyat”ın aktivləri isə 144,3 milyon manatdan 128,7 milyon manata düşüb.

Eyni dövrdə “PAŞA Sığorta”nın aktivləri 396,6 milyon manatdan 539,9 milyon manata, “AzRe Təkrarsığorta”nın aktivləri isə 196,6 milyon manatdan 238,8 milyon manata yüksəlib.

Azərbaycanda peşə məsuliyyəti sığortası üzrə yığımlar 14 faiz artıb
Azərbaycanda peşə məsuliyyəti sığortası üzrə yığımlar 14 faiz artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda peşə məsuliyyəti sığortası üzrə 1 milyon 991 min manat sığorta haqqı toplanılıb.

1business.media xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 243 min manat və ya 13,9 faiz çoxdur. 2025-ci ilin yanvar-sentyabr aylarında peşə məsuliyyəti sığortası üzrə 1 milyon 748 min manat sığorta haqqı yığılmışdı.

Hesabat dövründə bu sığorta növü üzrə ödənişlərin həcmi isə 13 min manat təşkil edib. Ötən ilin eyni dövründə ödənişlər 11 min manat olub.

Beləliklə, peşə məsuliyyəti sığortası üzrə ödənişlər bir il ərzində 2 min manat və ya 18,2 faiz artıb.