İstehsal ixracat - 1Business.media – Son Xəbərlər, Azərbaycanda və Dünyada Ən Aktual Hadisələr

Kömür nəhəngi qızıl və mis biznesini böyüdür
1business.media xəbər verir ki, İndoneziyanın Bumi Resources şirkəti Avstraliyanın Mount Margaret Mining müəssisəsinin bütün səhmlərini təxminən 22,01 milyon ABŞ dollarına alıb.

Əqd oktyabrın 23-də həyata keçirilib, məlumat isə oktyabrın 26-da birjaya açıqlanıb. Alış şirkətin Avstraliyadakı törəməsi vasitəsilə aparılıb. BUMI bu addımla kömürdən asılılığını azaltmaq, qızıl və mis üzrə fəaliyyətini genişləndirmək niyyətindədir.

Avropa texnologiya şirkətləri üçün yeni fond
“Seaya” yeni texnologiya fondu üçün altı ayda 600 milyon avro toplayıb

İspaniyanın “Seaya” investisiya platforması yeni “Seaya Nova” fondunun ilkin bağlanışında 600 milyon avro kapital cəlb edib.

1business.media EU-Startups-a istinadən xəbər verir ki, bu məbləğ altı ay ərzində toplanıb.

Fond Avropanın böyümə mərhələsində olan texnologiya şirkətlərinə hər biri üzrə 20–50 milyon avro investisiya yatırmağı planlaşdırır.

Maliyyələşmə əsasən B, C və D seriyası investisiya raundlarına yönəldiləcək. Fondu dəstəkləyənlər arasında Avropa İnvestisiya Fondu, institusional investorlar, şirkətlər və ailə investisiya qurumları var.

600 milyon avro artıq şirkətlərə yatırılmış vəsaiti deyil, fonda cəlb olunmuş kapitalı göstərir.

Moldovanın aqrar sektoruna 150 milyon avro
Moldovada fermerlər və qida istehsalçıları üçün 150 milyon avroluq maliyyə

Avropa İnvestisiya Bankının beynəlxalq inkişaf bölməsi EIB Global Moldovanın kənd təsərrüfatı və qida sektorunun modernləşdirilməsinə 150 milyon avro ayırır.

1business.media bankın məlumatına istinadən xəbər verir ki, vəsait “Moldovanın meyvə bağı II” proqramı çərçivəsində təqdim ediləcək.

Fermerlər və aqrar müəssisələr bu maliyyə hesabına müasir avadanlıq, saxlama anbarları, emal gücləri və logistika imkanlarına investisiya yatıra biləcəklər.

Proqram istehsalçıların məhsul keyfiyyətini yüksəltməsinə və Avropa bazarına çıxışının genişləndirilməsinə yönəlib. Maliyyənin bir hissəsi aqrar təhsil, tədqiqat və qida təhlükəsizliyi infrastrukturunu da dəstəkləyəcək.

Dövlət rəsmiləri “Norm”un BakuBuild 2026 sərgisindəki stendini ziyarət ediblər
BakuBuild 2026 sərgisi çərçivəsində dövlət rəsmiləri “Norm” şirkətinin stendi ilə tanış olublar.

1business.media şirkətin məlumatına istinadən xəbər verir ki, ziyarət VIP tur çərçivəsində baş tutub.

Qonaqlara “Norm”un ölkənin əsas inşaat layihələrində iştirakı və əldə etdiyi nəticələr barədə məlumat verilib. Həmçinin şirkətin yeni seqmentlərə genişlənməsi təqdim olunub.

Ucar pambıq emalı zavodunda illik emalın 40 min tona çatdırılması planlaşdırılır
“Azərşəkər” MMC-nin törəmə şirkəti “Textile Horizon”un Ucar Pambıq Emalı zavodunda illik emal həcminin 2028-ci ildə 40 min tona çatdırılması nəzərdə tutulur.

1business.media şirkətin məlumatına istinadən xəbər verir ki, hazırkı mərhələdə zavodda ildə 12 min ton pambığın emalı planlaşdırılır.

Müəssisənin xammalla təminatı EDEN Agro və 650 hektar sahədə müqaviləli əkinçilik əsasında əməkdaşlıq edilən yerli fermerlər vasitəsilə həyata keçirilir.

Layihə pambıqçılıqdan hazır geyim istehsalına qədər uzanan inteqrasiya olunmuş istehsal zəncirinin formalaşdırılmasına yönəlib.

Azərbaycanı Avropaya bağlayacaq 22 milyard avroluq enerji layihəsi
Azərbaycanın istehsal etdiyi bərpaolunan elektrik enerjisinin Gürcüstan və Qara dəniz üzərindən Avropa bazarlarına çatdırılmasını nəzərdə tutan “Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin ümumi investisiya dəyəri təxminən 22 milyard avro qiymətləndirilir.

1business.media xəbər verir ki, Layihənin texniki-iqtisadi əsaslandırılması tamamlanıb və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri tərəfindən təsdiqlənib. Layihə hazırda tərtibat mərhələsinə keçir.

İnvestisiyanın 14,3 milyard avrosu elektrik enerjisinin ötürülməsi infrastrukturunun yaradılmasına, 7,8 milyard avrosu isə bərpaolunan enerji istehsalı güclərinin qurulmasına yönəldiləcək.

Dəhlizin ümumi ötürmə gücü 3,9 QVt olacaq. Sistem hər birinin gücü 1,3 QVt olan üç elektrik xəttindən ibarət nəzərdə tutulub.

Proqnozlara əsasən, 2032-ci ildə birinci xəttin istifadəyə verilməsi ilə Avropaya ildə 8 TVt·saat bərpaolunan elektrik enerjisi ixrac ediləcək. 2040-cı ilədək bu göstəricinin 20 TVt·saata yüksələcəyi gözlənilir.

Layihənin daxili gəlirlilik normasının 11,7% olacağı hesablanıb. Elektrik enerjisinin ötürülməsi nəticəsində əldə olunan gəlirlərin 2032-ci ildən etibarən ildə 315 milyon avronu keçəcəyi proqnozlaşdırılır.

Dəhlizin iqtisadi səmərəsinin də mərhələli şəkildə artacağı gözlənilir. 2032-ci ildə birinci xəttin istifadəyə verilməsindən sonra illik iqtisadi səmərənin 860 milyon avro, 2036-cı ildə ikinci xəttin işə düşməsi ilə 1,8 milyard avro, 2040-cı ildə üçüncü xəttin istifadəyə verilməsi ilə isə 3 milyard avrodan çox olacağı bildirilir.

Layihənin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək karbon qazı emissiyalarının ildə təxminən 3,6 milyon ton azaldılması gözlənilir.

“Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirak etdiyi transsərhəd enerji layihəsidir. Layihə üzrə işlər 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanan Strateji Tərəfdaşlıq Sazişi əsasında başlanıb.

Layihəni dörd ölkənin milli elektrik şəbəkəsi operatorlarının yaratdığı “Green Energy Corridor Power Company” (GECO) birgə şirkəti hazırlayır. Şirkətdə “AzərEnerji”, “Georgian State Electrosystem”, “Transelectrica” və “MVM” şirkətlərinin hər birinin payı 25% təşkil edir.