Dövlət və Vətəndaş Cəmiyyəti (ADVCA) - 1Business.media – Son Xəbərlər, Azərbaycanda və Dünyada Ən Aktual Hadisələr

İlham Əliyev: Türkiyənin güclü iqtisadiyyatı və sənaye potensialı bizi də gücləndirir
İlham Əliyev: Türkiyənin güclü iqtisadiyyatı və sənaye potensialı bizi də gücləndirir

Prezident İlham Əliyev Türkiyənin iqtisadi və sənaye sahəsində əldə etdiyi inkişafın Azərbaycan üçün də əhəmiyyət daşıdığını bildirib.

1business.media xəbər verir ki, dövlət başçısı bu fikirləri noyabrın 8-də Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatında səsləndirib.

İlham Əliyev Türkiyənin hazırda dünya miqyasında böyük gücə çevrildiyini, təkcə regionda deyil, qlobal məsələlərdə də söz sahibi olduğunu vurğulayıb.

“Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bu gün reallıqdır, bizi çox sevindirir və bizi də gücləndirir”, – deyə Prezident bildirib.

Dövlət başçısı Türkiyənin inkişafının və beynəlxalq mövqeyinin Azərbaycan üçün də müsbət əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Dövlət büdcəsindən 297 milyon manata yaxın vəsait geri qaytarılıb
Dövlət büdcəsindən 297 milyon manata yaxın vəsait geri qaytarılıb

Azərbaycanda 2026-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 296,7 milyon manat vəsait geri ödənilib. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur.

1business.media xəbər verir ki, geri qaytarılan vəsaitlər müxtəlif sahələr üzrə ödənilmiş əlavə dəyər vergisini (ƏDV), eləcə də artıq ödənilmiş vergi və digər dövlət ödənişlərini əhatə edir.

Geri ödənişlər əsasən aşağıdakı istiqamətləri əhatə edib:

- Pərakəndə ticarət və ictimai iaşə obyektlərində alınan mallara görə ƏDV;

- Teatr, kino, muzey və konsert xidmətlərinə görə ödənilmiş ƏDV;

- Tibbi xidmətlərə görə ƏDV;

- İşğaldan azad edilmiş ərazilərdə mehmanxana xidmətlərinə görə ƏDV;

- Əcnəbilərin Azərbaycanda aldıqları mallara görə ƏDV;

- Mənzil və qeyri-yaşayış sahələrinin nağdsız alışı zamanı ödənilmiş ƏDV-nin bir hissəsi.

Artıq ödənilmiş vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da geri qaytarılan vəsaitlərə daxildir.

Xəstəlik müavinətinin adambaşına düşən məbləği 1 262 manata çatacaq
2027-ci ildə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlərin adambaşına düşən orta məbləğinin 1 262 manata yüksələcəyi proqnozlaşdırılır.

1business.media xəbər verir ki, bu barədə 2027-ci il üzrə büdcə proqnozlarında məlumat verilib.

Söhbət xəstəlik və ya xəsarət səbəbindən müvəqqəti işləmək imkanını itirən şəxslərə verilən sosial sığorta müavinətindən gedir.

Müavinətin məbləği şəxsin əvvəlki dövrdə əldə etdiyi və məcburi dövlət sosial sığorta haqqı hesablanan qazanc əsasında müəyyən edilir. Ödəniş xəstəlik vərəqəsinə əsasən həyata keçirilir.

Qüvvədə olan qaydalara görə, müavinət almaq üçün şəxsin ən azı 6 ay sosial sığorta stajı olmalıdır. Xəstəliyin ilk 14 təqvim günü işəgötürənin, sonrakı dövr isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir.

1 262 manat hər kəsə veriləcək sabit ödəniş deyil. Bu rəqəm büdcə proqnozunda göstərilən adambaşına orta məbləğdir.

Azərbaycanda minimum saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda minimum saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda bəzi işçilərin əməkhaqqısının saat hesabı ilə müəyyənləşdirilməsi nəzərdə tutulur. Yeni sistem qısamüddətli əmək müqaviləsi ilə çalışan və həftədə 20 saatadək işləyən şəxsləri əhatə edə bilər.

1business.media xəbər verir ki, bu məsələ Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, saatlıq əməkhaqqı müvafiq siyahıya daxil edilən iqtisadi fəaliyyət sahələrində tətbiq olunacaq. Bu sahələrdə bir aydan az müddətə əmək müqaviləsi bağlanan iş yerlərində, eləcə də həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edilən hallarda ödəniş saat hesabı ilə aparılacaq.

Siyahıya kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin daxil edilməsi nəzərdə tutulur.

Yeni qaydaya görə, işçinin hər işlədiyi saat üçün aldığı məbləğ müəyyən ediləcək minimum saatlıq əməkhaqqından aşağı ola bilməz. Minimum saatlıq əməkhaqqının məbləği mövcud minimum aylıq əməkhaqqı əsasında hesablanan saatlıq tarifdən yüksək olmalıdır.

Natamam iş vaxtı ilə çalışan və aylıq maaş alan şəxslərin əməkhaqqı da işlədikləri vaxta mütənasib hesablanacaq. Onlara ödənilən məbləğ minimum aylıq əməkhaqqının müvafiq hissəsindən aşağı ola bilməz.

Dəyişikliyin məqsədi işçilərin faktiki işlədikləri vaxta uyğun ödəniş almasını təmin etmək, qısamüddətli və natamam iş rejimində çalışanların hüquqlarını qorumaqdır.

Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq enerji avadanlığı göndərildi
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq enerji avadanlığı göndərildi

1business.media xəbər verir ki, Azərbaycanın Ukraynaya humanitar yardım çərçivəsində göndərdiyi ümumi dəyəri 1,5 milyon ABŞ dolları olan enerji avadanlıqları Ukraynanın Energetika Nazirliyinə təhvil verilib.

Məlumata görə, humanitar yardım Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq göndərilib.

Yardımın tərkibinə 9 transformator, 186 kilometr kabel və 12 kV-luq paylayıcı qurğular daxildir.

Avadanlıqlar Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən Ukraynanın Energetika Nazirliyinə təqdim olunub.

Yardım Ukraynanın enerji infrastrukturunun dəstəklənməsi məqsədilə göndərilib.

Əməkhaqqı ödənişləri elektronlaşdırılır – İşçiləri hansı yenilik gözləyir?
Əməkhaqqı ödənişləri elektronlaşdırılır – İşçiləri hansı yenilik gözləyir?

Azərbaycanda əməkhaqqı ödənişlərinin vahid elektron sistem üzərindən həyata keçirilməsi planlaşdırılır. Yeni mexanizm işçilərə maaşlarını istədikləri bank vasitəsilə almaq imkanı yaradacaq.

1business.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) həyata keçirdiyi layihə çərçivəsində əməkhaqqı ödənişləri Ani Ödənişlər Sisteminə inteqrasiya olunacaq.

Layihənin ilkin mərhələsində əməkhaqqı ödənişlərinin elektronlaşdırılması nəzərdə tutulur. Növbəti mərhələlərdə isə pensiya və sosial müavinətlərin də bu sistem üzərindən köçürülməsi planlaşdırılır.

Yeni mexanizm vətəndaşlara bank seçimi üzrə sərbəstlik verəcək. İşçilər əməkhaqlarını almaq üçün istədikləri bankı seçə biləcəklər. Bu imkan məcburi olmayacaq.

Sistemin tətbiqi ilə əməkhaqqı köçürmələrinin daha çevik və operativ həyata keçirilməsi, banklar arasında rəqabətin güclənməsi gözlənilir.