Analitik - 1Business.media – Son Xəbərlər, Azərbaycanda və Dünyada Ən Aktual Hadisələr

Tibbi sığortada diqqətçəkən dəyişiklik
1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda hesabatları araşdırılan 6 sığorta şirkətinin tibbi sığorta üzrə yığımları 99,78 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır.

Həmin dövrdə tibbi sığorta üzrə ödənişlər isə 68,35 milyon manata çatıb. İllik müqayisədə ödənişlər 7% artıb. Nəticədə ödənişlərin sığorta haqlarına nisbəti 63,1%-dən 68,5%-ə yüksəlib.

Yığımlar üzrə reytinqə 74,94 milyon manatla PAŞA Sığorta başçılıq edib. Şirkətin tibbi sığorta yığımları illik müqayisədə 1,4% azalıb.

Siyahıda A-Qroup Sığorta 8,76 milyon manatla ikinci, Meqa Sığorta 4,76 milyon manatla üçüncü olub. Meqa Sığortanın yığımları 22,7% artıb.

Ödənişlər üzrə də PAŞA Sığorta 49,17 milyon manatla ilk sırada qərarlaşıb. A-Qroup Sığortanın ödənişləri 9,15 milyon manat, Atəşgah Sığortanın ödənişləri isə 4,84 milyon manat təşkil edib.

Ödənişlərdə ən yüksək artım Xalq Sığortada qeydə alınıb. Şirkətin tibbi sığorta üzrə ödənişləri bir il ərzində 62,5% artaraq 1,92 milyon manata yüksəlib.

Azərbaycanda müavinət və təqaüd alanların sayı açıqlandı
1business.media xəbər verir ki, 2026-cı ilin sentyabrında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 885 951 nəfərə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 faiz çoxdur.

Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, həmin şəxslərin 478 354 nəfəri aylıq sosial müavinət, 407 597 nəfəri isə təqaüd alıb.

2025-ci ilin sentyabrında aylıq sosial müavinət alanların sayı 458,4 mindən, təqaüd alanların sayı isə 401,5 mindən çox olub. Bu rəqəmlərlə müqayisədə müavinət alanların sayı təxminən 4,4 faiz, təqaüd alanların sayı isə 1,5 faiz artıb.

Avqust ayı ilə müqayisədə də artım qeydə alınıb. Həmin ayda aylıq sosial müavinət və təqaüd alanların ümumi sayı 883 084 nəfər olub. Sentyabrda bu rəqəm 2 867 nəfər artıb.

DSMF-nin yanvar-sentyabr ayları üzrə məlumatına əsasən, doqquz ay ərzində 1 milyon 129 min şəxsə ümumilikdə 1 milyard 692 milyon manat müavinət və Prezident təqaüdü ödənilib.

Bu dövrdə 521 min nəfərə 951 milyon manat müavinət, 408 min nəfərə 609 milyon manat Prezident təqaüdü, 200 min nəfərə isə 132 milyon manat sosial sığorta hesabına müavinət verilib.

Doqquz ay ərzində 110 min müavinət və təqaüd təyinatı elektron sistem vasitəsilə proaktiv qaydada həyata keçirilib.

Mobil operator lisenziyasını itirə bilər: Sinqapurda ciddi araşdırma
Mobil operator lisenziyasını itirə bilər: Sinqapurda ciddi araşdırma

1business.media xəbər verir ki, Sinqapurun telekommunikasiya tənzimləyicisi IMDA Tuas şirkətinin törəməsi Simba-dan mümkün qayda pozuntuları ilə bağlı izahat tələb edib.

İddialar arasında icazəsiz tezlik istifadəsi də var. Mümkün tədbirlərə lisenziyanın dayandırılması və ya ləğvi, həmçinin maliyyə sanksiyaları daxildir.

Şirkət noyabrın 16-dək cavab verməlidir. Hazırda lisenziyanın ləğvi və ya cərimə barədə yekun qərar elan edilməyib. (capitalbrief.com)

Poladdan daha çox qazanc: 1,1 milyardlıq gözləntinin arxasında nə dayanır?
Poladdan daha çox qazanc: 1,1 milyardlıq gözləntinin arxasında nə dayanır?

1business.media xəbər verir ki, BlueScope 2027 maliyyə ilinin ilk yarısı üzrə baza əməliyyat mənfəəti — EBIT proqnozunu yüksəldib. Şirkət göstəricinin 1,1 milyard Avstraliya dollarına yaxınlaşacağını gözləyir. Əvvəlki proqnoz 860–960 milyon dollar idi.

Artımın əsas səbəbləri ABŞ bazarındakı əlverişli şərait, polad istehsalında daha yüksək marja və əlavə istehsal həcmləridir.

Açıqlanan rəqəm faktiki qazanc deyil, şirkətin yenilənmiş proqnozudur. (capitalbrief.com)

“Bison Ventures” yeni texnologiyalar üçün 160 milyon dollar toplayıb
ABŞ-nin “Bison Ventures” investisiya şirkəti ikinci fondu üçün 160 milyon dollar vəsait cəlb edib.

1business.media “The Wall Street Journal”a istinadən xəbər verir ki, fondun erkən inkişaf mərhələsində olan 15–18 texnologiya şirkətinə investisiya yatırması nəzərdə tutulur.

Şirkət yeni fond hesabına artıq beş investisiya həyata keçirib.

“Bison Ventures”in 2022-ci ildə yaratdığı ilk fondun həcmi 135 milyon dollar olub. Yeni fond həmin göstəricidən 25 milyon dollar böyükdür.