Alqı satqı - 1Business.media – Son Xəbərlər, Azərbaycanda və Dünyada Ən Aktual Hadisələr

25 torpaq sahəsi satışa çıxarılır
1business.media xəbər verir ki, Azərbaycanda 25 bələdiyyə torpaq sahəsi satış və icarə üçün hərrac və müsabiqəyə çıxarılır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil edəcəyi hərrac və müsabiqələr 25 noyabr 2026-cı il saat 15:00-da keçiriləcək. İştirak üçün sənəd və ərizələrin qəbulu 26 oktyabr–23 noyabr tarixlərində aparılacaq.

Torpaq sahələri Gəncə, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Füzuli, İmişli, Cəlilabad və Şəki rayonlarını əhatə edir. Onların bir hissəsi satışa, digər hissəsi isə 15 illik icarəyə təklif olunur.

Satışa çıxarılan sahələr arasında 52 kvadratmetrlik Gəncə torpağı 4 700 manatdan, 70 kvadratmetrlik Sabirabad sahələri isə 3 266 manatdan başlayır. Qusarda 1 000 kvadratmetrlik sahələrin ilkin qiyməti 9 930 manat, Xaçmaz rayonunun Niyazoba kəndində 834 kvadratmetrlik sahənin qiyməti isə 12 510 manatdır.

İcarəyə veriləcək torpaqların ilkin illik qiymətləri isə 60 manatdan 1 680 manatadək dəyişir. Ən böyük sahələrdən biri Şəki rayonunda yerləşən 16 hektarlıq torpaqdır və 15 il müddətinə 1 600 manat ilkin icarə haqqı ilə təklif olunur.

Maraqlanan şəxslər torpaq sahələri və müqavilə layihələri ilə 24 noyabradək müvafiq ərazi şöbələrində tanış ola bilərlər.

BYD satışında yeni gediş: tam nəzarət kimə keçir?
BYD satışında yeni gediş: tam nəzarət kimə keçir?

1business.media xəbər verir ki, Avstraliyanın Eagers Automotive şirkəti BYD avtomobillərinin yerli satış müəssisəsi olan EV Dealer Group-un qalan 20%-ni almaq üçün razılığa gəlib.

Əməliyyat tamamlandıqdan sonra Eagers bu müəssisənin 100%-nə sahib olacaq. Ödəniş nağd vəsait və səhmlərlə həyata keçiriləcək.

Alışın oktyabrın 31-dək tamamlanması gözlənilir. Razılaşma BYD istehsalçısının özünə deyil, Avstraliyadakı satış müəssisəsinə aiddir. (kapitales.com.au)

“Intuit” Britaniyanın “Sequence” şirkətini alıb
ABŞ-nin proqram təminatı şirkəti “Intuit” bizneslərin gəlir idarəçiliyini avtomatlaşdıran “Sequence” şirkətini satın alıb.

1business.media Tech.eu-ya istinadən xəbər verir ki, tərəflər əməliyyatın məbləğini açıqlamayıblar.

“Sequence” hesabların hazırlanması, ödənişlər və gəlirlərin idarə olunmasında süni intellektdən istifadə edir. London və Nyu-Yorkda fəaliyyət göstərən şirkət daha əvvəl təxminən 40 milyon dollar vençur investisiyası cəlb edib.